Türkiyədə ev kirayəsi zamanı diqqət etməli olduğunuz 5 məqam

Türkiyədə ev kirayələmək istəyən əcnəbi vətəndaşların diqqət etməli olduğu bir çox məqamlar mövcuddur.

Gəlin, Türkiyədə ev kirayəsi zamanı diqqət etməli olduğunuz 5 məqamla tanış olaq:

1. Tələsməyin:

Bütün ehtiyaclarınızı ödəyəcək bir ev tapmaq asan olmaya bilər. Ona görə də ev axtararkən tələsməyin. İlk növbədə, kirayə evləri onlayn araşdırmağa başlayın Bəyəndiyiniz evləri şəxsən görmək üçün internetdə elanlarda olan telefon nömrəsinə zəng edərək birbaşa Əmlak agenti və ya ev sahibi ilə əlaqə saxlaya bilərsiniz. Ancaq Türkiyəyə yerləşməmişdən əvvəl ünsiyyətdə olduğunuz bir dostunuz varsa, ondan da kömək istəyə bilərsiniz. Ev kirayəsi prosesində təcrübəli şəxsin bələdçiliyi sizin işi olduqca asanlaşdıracaq.

2. Standartlarınızı müəyyən edin:

Kirayə ev seçərəkən müəyyənləşdirdiyiniz standartlar varsa, bu standartlar çərçivəsində araşdırma aparmaqla əlavə vaxt və enerji sərf etməyəcəksiniz.Məsələn, kirayələyəcəyiniz evin xəstəxanaya yaxın olmaq və ya idman zalına yaxın olmaq kimi prioritetləriniz ola bilər. Odur ki, kirayə ev axtararkən bu meyarları mütləq nəzərə alın.

3. Nəqliyyat imkanlarını araşdırın:

Bəyəndiyiniz və büdcənizə uyğun olan evin yerləşdiyi küçədə dayanacaqları yoxlayın. Metro, şəhər avtobusu, mikroavtobus kimi ictimai nəqliyyat vasitələrinin evin yaxınlığından keçməsinə əmin olun.Çünki evin kirayəsi büdcənizə uyğun olsa da, nəqliyyat baxımından problem yaranarsa, bu sizin üçün sərfəli və rahat olmayacaq. Buna görə də nəqliyyat, park yeri kimi məqamlara diqqət yetirin.

4. Mütləq İcarə Müqaviləsi bağlayın:

İcarə müqaviləsi icarə haqqını ödəməklə ev sahibinin öz evini kirayənişinin istifadəsinə verməsini və kirayənişin bu evdən istifadəsini rəsmiləşdirən yazılı sənəddir. Xarici vətəndaş kirayənişin ilə əmlak sahibi arasında bağlanacaq icarə müqaviləsinə aşağıdakı məlumatların daxil edilməsi məcburidir:

  1. Mənzil nömrəsi
  2. Evin yerləşdiyi məhəllə
    3.Evin yerləşdiyi küçə
    4.İcarəyə verilən əmlakın növü
  3. Əmlak sahibinin adı və soyadı
    6.Əmlak sahibi T.C. identifikasiya nömrəsi
  4. Əmlak sahibinin ünvanı
    8.Kirayənişinin adı
    9.İcarəyə götürənin T.C. identifikasiya nömrəsi

Qeyd: Əcnəbi vətəndaşın identifikasiya nömrəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Ali Təhsil İdarəsinə, Əhali və Vətəndaşlıq İşləri Baş İdarəsinə müraciət edərək almaq mümkündür.

5. Əmlak komissiyasına diqqət edin:

Əgər siz daşınmaz əmlak agenti vasitəsilə ev kirayələyirsinizə, daşınmaz əmlak agentinə komissiya ödəməlisiniz.

Müqavilə müddətindən asılı olmayaraq, bir illik icarə qiymətinin 10%-i + ƏDV (18%) icarəçidən yalnız bir dəfə alınır. Yəni aylıq kirayə haqqı 1000 TL olan mənzili kirayələyəndə kirayə verənə 1416 TL, 1200 TL + 216 TL ƏDV ödəməlisiniz. Təbii ki, siz də daşınmaz əmlak agentinə müraciət etmədən birbaşa sahibi ilə razılaşaraq ev kirayə verə bilərsiniz. Bu halda 1416 lirəlik əmlakçı komissiyası verməzsiniz.

Qeyd edək ki, yeni qanunla Yaşayış icazəsi olmayan əcnəbilərə ev kirayəsi qadağan olunmaq üzrədir.

Şərh Yoxdur

ŞƏRH YAZIN