27 Apr Özəl yataqxanaların 4 əsas üstünlüyü
Bu yazımızda Türkiyədə təhsil alacaq əcnəbi tələbələr üçün özəl yataqxanaların 4 əsas üstünlüyü barədə məlumat verəcəyik.
Özəl yataqxanaların üstünlükləri:
- Universitetinizə yaxın ərazidə yataqxana seçmək imkanı:
Özəl yataqxanalar adətən universitetlərin yaxınlığında yerləşir. Bu xüsusiyyət ilə özəl yataqxanalarda qalan tələbələrin nəqliyyat üçün əlavə ödəniş etməsinə ehtiyac qalmır. - Otağını və otaq yoldaşını seçmək azadlığı:
Büdcəniz imkan verdiyi müddətcə tək və ya iki nəfərlik otaqlarda qala bilərsiniz. Bundan əlavə, otaq yoldaşınızla probleminiz varsa, yataqxana müdiri ilə əlaqə saxlayaraq otağınızın dəyişdirilməsini xahiş edə bilərsiniz. - İşıq, su, təbii qaz və internet haqqını ödəməkdə çətinliklərin olmaması:
Özəl yataqxanalarda bu hesablar da otaq haqqına daxildir. Ona görə də yataqxana pulundan başqa heç nə ödəməyə ehtiyac yoxdur. - Gündə 2 dəfə yemək:
Özəl yataqxanaların əksəriyyətində açıq bufet səhər yeməyi və 4 xörəkli şam yeməyi verilir. Özəl yataqxanalarla bağlı bu məlumatı dəqiqləşdirmək üçün yataqxana məmuruna zəng edib yeməyin yataqxana puluna daxil olub-olmadığını soruşa bilərsiniz. - Asudə vaxtın səmərəli təşkili üçün geniş imkanlar:
İstirahət otaqlarında dostlarınızla söhbət edib televizora baxa bilərsiniz. İdman zalında isə istədiyiniz vaxt idmanla məşğul olmaq mümkündür.
Şərh Yoxdur